Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Azərbaycan CinayətMəcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibəcinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə iləbağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilənErmənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrəməhkəmə prosesi mayın 20-də davam etdirilib.
Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyiilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilənaçıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova)təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi,habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilkdəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdətutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Ardınca təqsirləndirilən Ruben Vardanyan müraciət edərək işəbaxan hakimlər kollegiyasına etiraz etdiyini bildirib.Təqsirləndirilən şəxsin müdafiəçisi Avraam Berman etirazı müdafiəedib.
Dövlət ittihamını müdafiə edən prokurorlar etiraza münasibətbildirərək təqsirləndirilən Ruben Vardanyanın cinayət-prosessualqanunvericilikdə nəzərdə tutulan hüquqlarının ibtidai istintaq vəməhkəmə icraatı zamanı təmin edildiyini, habelə müdafiə tərəfininişə baxan məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasınıtəsdiq edən konkret sübutlar təqdim etmədiyini qeyd edərək etirazınbaxılmamış saxlanılmasını xahiş edib.
Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təminolunmamasını məhkəmədən xahiş ediblər.
Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonramüdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qəraraəsasən, etiraz baxılmamış saxlanılıb.
Sədrlik edən hakim Zeynal Ağayev qərarı əsaslandıran zamanbildirib ki, müdafiə tərəfi Azərbaycan RespublikasınınCinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlərkollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret vəmötəbər dəlillər təqdim etməyib.
Ardınca zərərçəkmiş şəxslərin hüquqi varislərinin və zərərçəkmişşəxslərin məhkəmədə ifadələri dinlənilib.
Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrindəkeçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası mayın 27-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.