Aksiyada könüllü donor kimi Fondun və ləğv prosesində olan bankların 100-dən çox əməkdaşı iştirak etmişdir. Fond tərəfindən həyata keçirilən sayca üçüncü qanvermə aksiyasının əsas məqsədi hemofiliya və talassemiya, eləcə də digər qan xəstəliklərindən əziyyət çəkən insanlara, ələlxüsus da uşaqlara könüllü və təmənnasız yardım etmək, habelə onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları ilk öncə hər bir donordan qanın ümumi analizini götürmüş, ardınca isə digər tibbi müayinələri keçirmişdir. Qeyd edək ki, toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.
Hər il qan xəstəliklərindən əziyyət çəkən yüzlərlə insan qan çatışmazlığından həyatını itirir və ya sağlamlıq durumu kəskin şəkildə pisləşir. Bunu nəzərə alaraq kütləvi qanvermə aksiyalarının keçirilməsi sözügedən insanların xilas edilməsi baxımından cəmiyyət üçün başlıca məna kəsb edir.





10Mənbələr
-
xalqqazeti.azƏmanətlərin Sığortalanması Fondu qanvermə aksiyası keçirib ( 17710478)
-
azertag.azƏmanətlərin Sığortalanması Fondu qanvermə aksiyası keçirib ( 17684060)
-
demokrat.azƏmanətlərin Sığortalanması Fondu qanvermə aksiyası keçirib — FOTOLAR ( 17683283)
-
qafqazinfo.azƏmanətlərin Sığortalanması Fondunda qanvermə aksiyası -Fotolar ( 17683085)
-
fed.azƏmanətlərin Sığortalanması Fondu qanvermə aksiyası keçirib ( 17682347)
-
apa.azƏmanətlərin Sığortalanması Fondu qanvermə aksiyası keçirib ( 17682122)
-
report.azƏmanətlərin Sığortalanması Fondu qanvermə aksiyası keçirib ( 17681954)
-
avtosfer.azADY-də Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş qanvermə aksiyası keçirildi - FOTO ( 17208422)
-
apa.azADY-də qanvermə aksiyası keçirilib - FOTO ( 17208221)
-
viral.azADY-də qanvermə aksiyası keçirildi – FOTO ( 17207915)