AZ

Acı bibərin FAYDALARI

Sağlam və təbii qidalanma insan orqanizmi üzərində müəyyən müsbət təsirlərə malikdir. Mütəxəssislərin açıqlamalarına görə acı bibər istehlakı sağlamlıq baxımından bir çox faydalar gətirir. 

Acı bibər bəzi insanların sevdiyi, bəzilərinin isə uzaq durmağa çalışdığı bir qidadır. Yeməklərə özünəməxsus dad verən acı bibərin tək faydası bununla bitmir. Mütəxəssislərə görə acı bibər istehlakı bədən üçün bəzi mühüm faydalar təmin edir. 

News24.az xəbər verir ki, sağlam və balanslı qidalanmanın bir parçası kimi qəbul edilən acı bibərin insan orqanizminə təsirləri belədir:

1. Metabolizmanı sürətləndirir

Acı bibərə kəskin dadını verən kapsaisin adlı maddə bədəndə termogenik təsir yaradır. Bu təsir bədən temperaturunu artıraraq metabolizmanın sürətlənməsinə səbəb olur. Sürətlənmiş metabolizma isə daha çox kalori yandırmağa kömək edir. Bu xüsusilə çəki nəzarətində və qarın bölgəsində incəlmədə dəstəkləyici rol oynayır.

2. Ağrıkəsici təsir göstərir

Kapsaisin ağrı kəsici təsirə malik komponentdir. Bu maddə tərkibli kremlər və məlhəmlər xaricdən tətbiq olunduqda sinir və əzələ ağrılarını azaldaraq rahatlama təmin edir. Ağrı siqnallarını bloklayan bu təsir, qısa müddətli olsa da ağrını azaltmaqda faydalıdır.

3. İmmuniteti gücləndirir

Acı bibər C vitamini baxımından olduqca zəngindir. Bu vitamin sayəsində immun sisteminin düzgün işləməsinə dəstək olur. Müntəzəm acı bibər istehlakı bədəndə infeksiyalara qarşı mübarizədə rol oynayır və bədən müqavimətini artırır.

4. Həzm sistemini tənzimləyir

Acı bibərin ölçülü və balanslı şəkildə istehlakı həzm sisteminin tənzimlənməsinə kömək edir. Kapsaisin, mədədə turşu istehsalını təşviq edərək həzm fermentlərinin ifrazını dəstəkləyir. Araşdırmalara görə acı bibər, mədə yarasına səbəb olan bakteriyaların inkişafının qarşısını ala bilir.

5. Ürək sağlamlığını qoruyur

Acı bibərin tərkibindəki antioksidantlar və kalium ürək sağlamlığını qorumaqda kömək edir. Antioksidantlar damar tıxanmasına səbəb olan zərərli sərbəst radikalları bədəndən atmağa dəstək olur. Kalium isə qan təzyiqinin tənzimlənməsinə yardım edir. Bu yolla insult və infarkt riskini azaltmağa kömək edir.

Qeyd: Acı bibərin faydalarını əldə etmək üçün onu ölçülü və mütəmadi şəkildə istehlak etmək tövsiyə olunur. Həssas mədə problemi olanlar və ya müəyyən sağlamlıq vəziyyətləri olan şəxslər həkim məsləhəti ilə istifadə etməlidir.

Məryəm İlhamqızı


Seçilən
0
14
news24.az

10Mənbələr