AZ

Dəri sağlamlığına faydalı 8 QİDA

Parlaq, hamar və təbii görünüşlü dəri üçün bəzi qidaların müntəzəm istehlakı vacibdir.

Bizim.Media dəri üçün faydalı qidaları təqdim edir:

Balıq: Omega-3 yağ turşuları ilə zəngin, dərinin elastikliyini artırır, qırışları azaldır, günəşin zərərlərinə qarşı qoruyur. Həftədə 2-3 dəfə mövsüm balıqlarını izgara, sobada və ya buğulama formasında yemək tövsiyə olunur.

Pomidor: Güclü antioksidant olan beta-karoten sayəsində dərini günəşdən qoruyur, qırışların əmələ gəlməsinin qarşısını alır.

Yumurta: Biotin və keyfiyyətli protein mənbəyi olaraq saç və dırnaqları gücləndirir, sağlam dərini dəstəkləyir. Gündə 1 yumurta məsləhətdir.

Avokado: A, C, E vitamini ilə zəngin, dərini parlaq edir və günəşin zərərlərinə qarşı qoruyur. Günlük istehlakı yarım orta avokadodan artıq olmamalıdır.

Günəbaxan toxumu: E vitamini ilə zəngindir, dəridə UV şüalarının yaratdığı ziyanı azaldır və dərinin gənc qalmasına kömək edir. Gündə bir ovuc qədər yemək faydalı olar.

Qoz: Omega-3 və omega-6 yağ turşuları ilə dərinin elastikliyini qoruyur, ürək sağlamlığına faydalıdır. Gündə 2-3 qoz tövsiyə olunur.

Brokoli: Çinko, A və C vitamini ilə zəngin, dərinin quruması və qırışmasının qarşısını alır.

Kefir: Bağırsaq sağlamlığını dəstəkləyir, antioksidant təsiri ilə dərini oksidativ stressdən qoruyur. Gündə 1 stəkan içmək məsləhətdir.

3 əsas qayda:

Meyvə və tərəvəzləri müxtəlif tərkibdə istehlak edin, dəriniz üçün vitamin və mineral təmin edin.

Gündə 2-2.5 litr su için.

Şəkər və şəkərli məhsullardan uzaq durun, çünki şəkər dərinin elastikliyini təmin edən proteinləri zədələyir və qırışların artmasına səbəb olur.

Qeyd: Sağlam qidalanma və diqqətli həyat tərzi ilə dəriniz parlaq və gənc qala bilər. (Pravda.az)

Bizim.Media

Seçilən
0
43
bizim.media

10Mənbələr