Parlaq, hamar və təbii görünüşlü dəri üçün bəzi qidaların müntəzəm istehlakı vacibdir.
Pravda.az dəri üçün faydalı qidaları təqdim edir:
Balıq: Omega-3 yağ turşuları ilə zəngin, dərinin elastikliyini artırır, qırışları azaldır, günəşin zərərlərinə qarşı qoruyur. Həftədə 2-3 dəfə mövsüm balıqlarını izgara, sobada və ya buğulama formasında yemək tövsiyə olunur.
Pomidor: Güclü antioksidant olan beta-karoten sayəsində dərini günəşdən qoruyur, qırışların əmələ gəlməsinin qarşısını alır.
Yumurta: Biotin və keyfiyyətli protein mənbəyi olaraq saç və dırnaqları gücləndirir, sağlam dərini dəstəkləyir. Gündə 1 yumurta məsləhətdir.
Avokado: A, C, E vitamini ilə zəngin, dərini parlaq edir və günəşin zərərlərinə qarşı qoruyur. Günlük istehlakı yarım orta avokadodan artıq olmamalıdır.
Günəbaxan toxumu: E vitamini ilə zəngindir, dəridə UV şüalarının yaratdığı ziyanı azaldır və dərinin gənc qalmasına kömək edir. Gündə bir ovuc qədər yemək faydalı olar.
Qoz: Omega-3 və omega-6 yağ turşuları ilə dərinin elastikliyini qoruyur, ürək sağlamlığına faydalıdır. Gündə 2-3 qoz tövsiyə olunur.
Brokoli: Çinko, A və C vitamini ilə zəngin, dərinin quruması və qırışmasının qarşısını alır.
Kefir: Bağırsaq sağlamlığını dəstəkləyir, antioksidant təsiri ilə dərini oksidativ stressdən qoruyur. Gündə 1 stəkan içmək məsləhətdir.
3 əsas qayda:
Meyvə və tərəvəzləri müxtəlif tərkibdə istehlak edin, dəriniz üçün vitamin və mineral təmin edin.
Gündə 2-2.5 litr su için.
Şəkər və şəkərli məhsullardan uzaq durun, çünki şəkər dərinin elastikliyini təmin edən proteinləri zədələyir və qırışların artmasına səbəb olur.
Qeyd: Sağlam qidalanma və diqqətli həyat tərzi ilə dəriniz parlaq və gənc qala bilər.
Əminə Bayramova