“İnter”in baş məşqçisi Simone İnzagi Səudiyyə Ərəbistanına yollana bilər.
Sportinfo.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “Əl-Hilal” italyan mütəxəssisin xidmətində maraqlıdır.
Ərəblər İnzagiyə 2 illik müqavilə üçün 100 milyon avro maaş təklif edib. 49 yaşlı məşqçi qərarını PSJ ilə keçiriləcək Çempionlar Liqası finalından sonra verəcək.
Simone İnzagi 2021-ci ilin iyulundan “İnter”i çalışdırır.