AZ

Dünya çempionatı: Qrup mərhələsinin oyunları başa çatdı

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında qrup mərhələsinin oyunlarına yekun vurulub.

"Report"un məlumatına görə, son olaraq azarkeşlər 8 görüşə şahidlik ediblər.

Qarşılaşmalar Milli Gimnastika Arenasında reallaşıb.

E qrupunda yer alan Monteneqro millisi İndoneziyanı 4:0 hesabı ilə məğlub edib. Qrupun digər görüşündə Tailand Kosta Rikanı 4:1 hesabı ilə üstələyib. Beləliklə, bu qrupda Monteneqro və Tailand komandaları 1/8 finala vəsiqəni təmin edib.

E qrupu

1. Monteneqro — 7 xal

2. Tailand — 7 xal

3. İndoneziya — 3 xal

4. Kosta Rika — 0 xal

F qrupunda Polşa - Bosniya və Herseqovina görüşündə qalib müəyyənləşməyib - 1:1. Qazaxıstan isə ABŞ-ni 5:3 hesabı ilə üstələyib. Polşa və Bosniya və Herseqovina növbəti mərhələyə adlayıblar.

F qrupu

1. Bosniya və Herseqovina — 5 xal

2. Polşa — 5 xal

3. Qazaxıstan - 4 xal

4. ABŞ — 1 xal

Bərabərə qalan Çexiya və Gürcüstan (2:2) yığmaları müvafiq olaraq G qrupunu ilk iki sırada tamamlayaraq 1/8 finala yüksəliblər. BƏƏ Argentinaya 4:1 hesabı ilə qalib gəlib, lakin hər iki komanda mübarizəni dayandırıb.

G qrupu

1. Çexiya— 7 xal

2. Gürcüstan - 7 xal

3. BƏƏ — 3 xal

4. Argentina — 0 xal

H qrupunda Qana üzərində qələbə qazanan (2:1) Serbiya qrup birinciliyini təmin edib. İspaniyadan güclü olan (4:2) İsrail isə qrup ikincisi kimi növbəti raunda keçib.

H qrupu

1. Serbiya — 9 xal

2. İsrail— 6 xal

3. İspaniya— 3 xal

4. Qana — 0 xal

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunlarına sabah start veriləcək.


Telegram kanalımız
Seçilən
0
4
yenisabah.az

10Mənbələr