Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında qrup mərhələsinin oyunlarına yekun vurulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, son olaraq azarkeşlər 8 görüşə şahidlik ediblər.
Qarşılaşmalar Milli Gimnastika Arenasında reallaşıb.
E qrupunda yer alan Monteneqro millisi İndoneziyanı 4:0 hesabı ilə məğlub edib. Qrupun digər görüşündə Tailand Kosta Rikanı 4:1 hesabı ilə üstələyib. Beləliklə, bu qrupda Monteneqro və Tailand komandaları 1/8 finala vəsiqəni təmin edib.
E qrupu
1. Monteneqro - 7 xal
2. Tailand - 7 xal
3. İndoneziya - 3 xal
4. Kosta Rika - 0 xal
F qrupunda Polşa - Bosniya və Herseqovina görüşündə qalib müəyyənləşməyib - 1:1. Qazaxıstan isə ABŞ-ni 5:3 hesabı ilə üstələyib. Polşa və Bosniya və Herseqovina növbəti mərhələyə adlayıblar.
F qrupu
1. Bosniya və Herseqovina - 5 xal
2. Polşa - 5 xal
3. Qazaxıstan - 4 xal
4. ABŞ - 1 xal
Bərabərə qalan Çexiya və Gürcüstan (2:2) yığmaları müvafiq olaraq G qrupunu ilk iki sırada tamamlayaraq 1/8 finala yüksəliblər. BƏƏ Argentinaya 4:1 hesabı ilə qalib gəlib, lakin hər iki komanda mübarizəni dayandırıb.
G qrupu
1. Çexiya- 7 xal
2. Gürcüstan - 7 xal
3. BƏƏ - 3 xal
4. Argentina - 0 xal
H qrupunda Qana üzərində qələbə qazanan (2:1) Serbiya qrup birinciliyini təmin edib. İspaniyadan güclü olan (4:2) İsrail isə qrup ikincisi kimi növbəti raunda keçib.
H qrupu
1. Serbiya - 9 xal
2. İsrail- 6 xal
3. İspaniya- 3 xal
4. Qana - 0 xal
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunlarına sabah start veriləcək.