“Mançester Yunayted”in qapıçısı Tom Hitona yeni müqavilə təklif etməsi gözlənilir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 38 yaşlı qolkiperlə əməkdaşlığı daha bir mövsüm uzatmaq niyyətindədir.
Hiton “Mançester Yunayted” akademiyasının yetirməsidir. O, 2024/25 mövsümündə yalnız İngiltərə kubokunun bir matçında iştirak edib.
“Qırmızı şeytanlar” ümumilikdə Premyer Liqa mövsümünü uğursuz keçirib. Ruben Amorimin rəhbərlik etdiyi kollektiv 42 xal toplayaraq turnir cədvəlində 15-ci pillədə qərarlaşdı.
Komanda Avropa Liqasının finalında isə “Tottenhem”ə 0:1 hesabı ilə məğlub olub.