AZ

70 milyon avroya hücumçu alır - Premyer Liqa mənsubu

“Mançester Yunayted” yay transfer pəncərəsində “Vulverhempton”un 25 yaşlı hücumçusu Mateus Kunyanı heyətinə qatmaqla hücum xəttini gücləndirməyə hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Mançester klubu üç hissədə ödəniləcək 70 milyon avroya yaxın məbləğlə oyunçunun transferi ilə bağlı “Vulverhempton”la razılığa gəlib.

Müqavilə 2030-cu ilə qədər davam edəcək və daha bir mövsüm uzadılmaq imkanı olacaq ki, bu da “qırmızı şeytanlar”ın braziliyalı futbolçu üçün uzunmüddətli planlarını göstərir.

Kunya son mövsümdə bütün yarışlarda 35 oyuna çıxıb və 6 məhsuldar ötürmə, 17 qolla yadda qalıb.

Seçilən
0
1
sportinfo.az

10Mənbələr