İtkin düşən 14 yaşlı yeniyetmə axtarılır.
DİN-dən Viral.az-a verilən məlumata görə, Sumqayıt şəhər sakini fiziki məhdudiyyətli 14 yaşlı Ömər Yaqubov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin (018) 654-02-02, (018) 655-76-65 şəhər və (+994)50-384-84-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.