Sumqayıt şəhərində yeniyetmə itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, şəhər sakini fiziki məhdudiyyətli 14 yaşlı Ömər Yaqubov yaşadığı ünvandan çıxıb, naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin (018) 654-02-02, (018) 655-76-65 şəhər və (+994)50-384-84-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.