Ukrayna Silahlı Qüvvələrinin 7 pilotsuz uçuş aparatı (PUA) bir saat yarım ərzində Rusiyanın iki regionu - Kursk və Tula vilayətləri üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukraynaya məxsus PUA-nın dördü Kursk vilayəti, üçü isə Tula vilayəti üzərində vurulub.
Xatırladaq ki, ötən gecə hava hücumundan müdafiə qüvvələri Rusiya regionları üzərində 96 pilotsuz uçan aparatı məhv edib.