Rusiyanın hava hücumundan müdafiə qüvvələri son yeddi saat ərzində ölkə ərazisində Ukraynaya məxsus 51 pilotsuz uçuş aparatını (PUA) vurub.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
PUA-lar yerli vaxtla saat 13:00-dan 20:00-dək zərərsizləşdirilib.
Qeyd olunur ki, 23 PUA Kursk vilayəti, 12-si Orlov vilayəti, 11-i Tula vilayəti, altısı Moskva vilayəti, biri isə Kalujsk vilayəti üzərində məhv edilib.