Ermənistan və Azərbaycan sülh sazişinin imzalanması məsələsi ilə bağlı məsləhətləşmələri davam etdirir.
Qaynarinfo Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan İrəvanda Slovakiyanın baş naziri Robert Fiko ilə birgə brifinqdə bildirib.
O, qeyd edib ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq. Paşinyan bildirib ki, mübahisə və təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq:
"Sülh olacaq və bu, mənə son dərəcə açıq görünür. Biz regionumuzdakı vəziyyəti və bu regionun xalqlarının taleyini tamamilə dəyişdirəcək sülh müqaviləsi və digər sənədlərin imzalanmasına yanaşma ilə bağlı Azərbaycanla məsləhətləşmələri davam etdirməyə hazırıq. Biz əlimizdən gələn hər şeyi edəcəyik".