AZ

Paşinyan: “Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq”

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bütün təxribatlara baxmayaraq, ölkəsi ilə Azərbaycan arasında müharibə olmayacaq.

Musavat.com bu barədə "TASS"-a istinadən xəbər verir.

“Mən inanıram, hörmətli xanımlar və cənablar, bütün mübahisələrə, təxribatlara və digər amillərə baxmayaraq, Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq. Sülh olacaq və bu, mənə son dərəcə aydın görünür”, – deyə o, İrəvan Dialoqu beynəlxalq forumunda çıxışı zamanı bildirib.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
0
30
musavat.com

10Mənbələr