Çempionlar Liqasının Çempionlar yolunun ilk iki püşkatma mərasiminə qatılacaq 38 komandanın hamısı müəyyənləşib.
Operativ Media Futbolinfo.az-a istinadən xəbər verir ki, son olaraq Danimarka çempionu da bəlli olub.
Beləliklə, I təsnifat mərhələsində 28, II raundda isə 10 klub yarışa qoşulacaq. Azərbaycan Premyer Liqasının qalibi “Qarabağ”ın II raunddakı 2 mümkün rəqibi bilinir. Püşkatma zamanı səpələnmişlərdə yer alacaq Qurban Qurbanovun yetirmələri “Riyeka” və ya “Pafos”la qarşılaşa bilər. Digər mümkün rəqiblər isə I raundun cütlərinin qalibi olacaq.
Liqa yolunda isə II təsnifat mərhələsində mübarizə aparacaq 6 komandanın hər biri məlum olub.
Çempionlar Liqası
Çempionlar yolu
I təsnifat mərhələsi
Səpələnmişlər
“Lüdoqorets” (Bolqarıstan)
FCSB (Rumıniya)
“Olimpiya” (Sloveniya)
“Malmö” (İsveç)
“Jalgiris” (Vilnüs, Litva)
RFS (Latviya)
“Jrinski” (Bosniya və Herseqovina)
“Linkoln” (Cəbəllütariq)
“Kuopio” (Finlandiya)
TNS (Uels)
“Drita” (Kosovo)
“Breydablik” (İslandiya)
“Linfild” (Şimali İrlandiya)
“Buduçnost” (Monteneqro)
Səpələnməmişlər
“İnter” (Andorra)
“Şkendiya” (Şimali Makedoniya)
“Levadiya” (Estoniya)
“Dinamo” (Minsk, Belarus)
“Hamrun” (Malta)
“Milsami” (Moldova)
“Kayrat” (Qazaxıstan)
“Noah” (Ermənistan)
“Differdanj” (Lüksemburq)
“İberiya” (Gürcüstan)
“Vikinqur” (Farer adaları)
“Şelburn” (İrlandiya)
“Eqnatiya” (Albaniya)
“Virtus” (San Marino)
II təsnifat mərhələsi
Səpələnmişlər
“Kopenhagen” (Danimarka)
“Srvena Zvezda” (Serbiya)
“Ferensvaroş” (Macarıstan)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Slovan” (Slovakiya)
“Qarabağ” (Azərbaycan)
“Lüdoqorets”in yer aldığı cütün qalibi
“Dinamo” (Kiyev, Ukrayna)
FCSB-nin yer aldığı cütün qalibi
“Lex” (Polşa)
“Olimpiya”nın yer aldığı cütün qalibi
“Malmö”nün yer aldığı cütün qalibi
Səpələnməmişlər
“Riyeka” (Xorvatiya)
“Jalgiris”in yer aldığı cütün qalibi
“Pafos” (Kipr)
RFS-in yer aldığı cütün qalibi
“Jrinski”nin yer aldığı cütün qalibi
“Linkoln”un yer aldığı cütün qalibi
“Kuopio”nun yer aldığı cütün qalibi
TNS-in yer aldığı cütün qalibi
“Drita”nın yer aldığı cütün qalibi
“Breydablik”in yer aldığı cütün qalibi
“Linfild”in yer aldığı cütün qalibi
“Buduçnost”un yer aldığı cütün qalibi
Liqa yolu
II təsnifat mərhələsi
Səpələnmişlər
“Reyncers” (Şotlandiya)
“Zalsburq” (Avstriya)
“Viktoriya” (Çexiya)
Səpələnməmişlər
“Panatinaikos” (Yunanıstan)
“Servett” (İsveçrə)
“Brann” (Norveç)
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 17-də, II təsnifat mərhələsinin püşkü isə 18-də atılacaq