AZ

“Qarabağ”a 2 potensial rəqib – Xorvatiya və Kipr çempionu

Çempionlar Liqasının 2025-26 mövsümündə ilk iki təsnifat mərhələsinin bütün iştirakçıları bəlli olub.

Msport.az xəbər verir ki, ilk raundda 28, II təsnifat mərhələsində isə 10 komanda mübarizəyə başlayacaq.

Azərbaycan çempionu “Qarabağ” birinci raunddan azaddır. Təmsilçimiz II təsnifat mərhələsində püşk zamanı səpələnmişlərdə yer alacaq. Qurban Qurbanovun yetirmələrinin mümkün rəqiblərindən ikisi “Riyeka” (Xorvatiya) və “Pafos”dur (Kipr).

Ağdam klubunun digər potensial rəqibləri isə I raundun cütlərinin qalibləridir. Həmin komandalar bunlardır: “Jalgiris”in (Vilnüs, Litva) yer aldığı cütün qalibi, RFS-in (Latviya) yer aldığı cütün qalibi, “Jrinski”nin (Bosniya və Herseqovina) yer aldığı cütün qalibi, “Linkoln”un (Cəbəllütariq) yer aldığı cütün qalibi, “Kuopio”nun (Finlandiya) yer aldığı cütün qalibi, TNS-in (Uels) yer aldığı cütün qalibi, “Drita”nın (Kosovo) yer aldığı cütün qalibi, “Breydablik”in (İslandiya) yer aldığı cütün qalibi, “Linfild”in (Şimali İrlandiya) yer aldığı cütün qalibi, “Buduçnost”un (Monteneqro) yer aldığı cütün qalibi.

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 17-də, II raundun püşkü isə 18-də atılacaq.

Seçilən
0
1
msport.az

10Mənbələr