AZ

Kriptovalyuta bazarının son göstəriciləri

Kriptovalyuta

Mayın 26-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti bahalaşıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:20-də “CoinMarketCap” platformasında 1.24% bahalaşaraq 109 487 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.98% artaraq 2564 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.95%, BNB isə 1.04% bahalaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu ilin mayın 22-də qeydə alınıb və qiyməti 110 min dolları ötüb.

Seçilən
0
34
xalqcebhesi.az

10Mənbələr