Mayın 26-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti bahalaşıb.
"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 11:00-da “CoinMarketCap” platformasında 1.24% bahalaşaraq 109 487 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.98% artaraq 2564 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.95%, BNB isə 1.04% bahalaşıb.
Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu ilin mayın 22-də qeydə alınıb və qiyməti 110 min dolları ötüb.