Rusiyanın hava hücumundan müdafiə qüvvələri son yeddi saat ərzində ölkə ərazisində Ukraynaya məxsus 51 pilotsuz uçuş aparatını (PUA) vurub.
Viral.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA-lar yerli vaxtla saat 13:00-dan 20:00-dək zərərsizləşdirilib.
Son Yazılar:
- Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
- İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirdi
- İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünə yekun VURULDU
Qeyd olunur ki, 23 PUA Kursk vilayəti, 12-si Orlov vilayəti, 11-i Tula vilayəti, altısı Moskva vilayəti, biri isə Kalujsk vilayəti üzərində məhv edilib.
Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, məhv edilən bütün PUA-lar təyyarə tipli olub.