AZ

Rusiya ilə Ukrayna arasında "1000-ə qarşı 1000" əsri mübadiləsi başa çatdı - FOTO

​BAKI, 25 may. TELEQRAF

Rusiya ilə Ukrayna arasında həyata keçirilmiş növbəti genişmiqyaslı əsir mübadiləsi nəticəsində 303 ukraynalı hərbçiazadlığa qovuşub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Məlumata görə, mübadilə “1000-ə qarşı 1000” formatında baş tutub.

Bu mərhələ İstanbulda əldə olunmuş razılaşmalar çərçivəsində sonuncu mübadilə olub. Nəticədə ümumilikdə 1000 ukraynalı əsirlikdən qayıdıb.

“303 ukraynalı hərbçi evə dönür. Türkiyədə razılaşdırılmış ‘1000-ə qarşı 1000’ formatında əsir mübadiləsinin üçüncü hissəsi başa çatdı. Bu gün Ukrayna Ordusunun, Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin və Dövlət Xüsusi Nəqliyyat Xidmətinin hərbi qulluqçuları qayıdır”, – deyə Zelenski bildirib.

Seçilən
0
15
teleqraf.com

10Mənbələr