AZ

Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 10 nəfər öldü

​BAKI, 25 may. TELEQRAF

Rusiyanın gecə saatlarında Ukraynanın müxtəlif bölgələrinə qarşı həyata keçirdiyi genişmiqyaslı raket hücumu nəticəsində azı 10 nəfər həlak olub, 30-dan çox şəxs yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, Jitomir vilayətində üçü uşaq olmaqla 5 nəfər həyatını itirib. Həlak olan uşaqların yaşları 8, 12 və 17-dir. Xilasedicilər dağıntılar altından bir uşağın cəsədini çıxarıb. Hücum zamanı 10 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Berdıçiv rayonunda isə biri uşaq olmaqla 2 nəfər yaralanıb. Həmçinin beşmərtəbəli yaşayış binası, fərdi evlər və digər yardımçı tikililər ziyan görüb.

Digər vilayətlərdə də insan tələfatları qeydə alınıb. Kiyev, Nikolayev, Xmelnitski və Ternopil bölgələrində də ölənlər var. Ternopildə “Kalibr” qanadlı raketinin sənaye obyektinə dəyməsi nəticəsində bina qismən dağılıb.

Sumı vilayətinin Konotop şəhərinin meri hücumu İkinci Dünya müharibəsindən bəri ən iri miqyaslı və kompleks zərbə kimi qiymətləndirib.

Hadisə nəticəsində yüzlərlə ev və infrastruktur ziyan çəkib, xilasetmə işləri davam edir.

Seçilən
0
24
teleqraf.com

10Mənbələr