Rusiya Ordusunun Ukraynaya kütləvi raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumu nəticəsində ölənlər var.
APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, Kiyev vilayətinə raket və PUA zərbələri nəticəsində 3 nəfər ölüb.
Nikolayev vilayətində 1 nəfər, Xmelnits vilayətində isə 4 nəfər ölüb.
***
Kiyevdə PUA hücumları nəticəsində 10 nəfər yaralanıb.
APA xəbər verir ki, bu haqda şəhərin meri Vitali Kliçko məlumat verib.
"Onlardan ikisi həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib. 6 nəfərə yerindəcə yardım göstərilib. İkisi isə Şevçenkivski rayonunda müayinə olunur", - o yazıb.
Nikolayev vilayətində isə iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bunu Nikolayev meri Vitali Kim deyib.
Xarkovun Şevçenkivski rayonunda yaralıların sayı üç nəfərə çatıb. Xarkovda bir neçə yaşayış binasının şüşələri zədələnib. Şəhər meri İqor Terekovun sözlərinə görə, bir uşaq şüşə sınması nəticəsində xəsarət alıb və ona tibbi yardım göstərilib.