AZ

Onlar İstanbulda dedi ki, ruslar rusları öldürür - Kislitsa

Ukrayna və Rusiya arasında Türkiyədə aparılan danışıqlar zamanı Rusiya nümayəndə heyəti bir sıra kinli bəyanatları ilə seçilib. Xüsusilə də orada müharibə ruslarla rusların qarşıdurması kimi səciyyələndirilirdi.

Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa deyib.

“Bilmirəm bu, mediada yer alıb, ya yox, amma məncə bunu demək olar. Məsələn, danışıqların bir mərhələsində Rusiya nümayəndə heyətinin rəhbəri Ukrayna tərəfinə - yəni yüksək səviyyəli məmurlar və cəbhədə döyüşən hərbçilərdən ibarət heyətə belə deyir: “Əslində bu müharibə odur ki, ruslar müəyyən fərqlərlə rusları öldürür”.

Yəni, bu sözlərlə Rusiya açıq şəkildə Ukraynanın bir millət olaraq varlığını inkar edir. Onlar Ukraynalılara üzlərinə deyirlər: “Siz ukraynalı deyilsiniz, siz əslində russunuz. Sadəcə indi ruslar rusları öldürür”.

Seçilən
0
2
axar.az

10Mənbələr