Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Federasiyasına Ukrayna münaqişəsinin davamlı həllini dəstəklədiyini, həmçinin vasitəçi kimi çıxış etməyə hazır olduğunu bəyan etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Fidanın gələn həftə Rusiyaya səfər edəcəyini açıqlamışdı. Nazirliyin bəyanatında diplomatın mayın 26-dan 27-dək Moskvada olacağı bildirilir.
O, işgüzar səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və ölkənin xarici işlər naziri Sergey Lavrovla görüşlər keçirməyi planlaşdırır.