AZ

Fidanın Rusiyaya səfəri ilə bağlı detallar açıqlandı

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə 26-27 may tarixlərində işgüzar səfərlə Rusiyaya gedəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr bildirib.

"Səfər çərçivəsində Fidanın Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul ediləcəyi və rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyi gözlənilir. Bundan əlavə, Türkiyə nazirinin Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski və müdafiə naziri Andrey Belousovla da ikitərəfli görüşləri planlaşdırılır", – mənbə bildirib.

Moskvada keçiriləcək danışıqlarda ikitərəfli münasibətlər, o cümlədən ticarət, enerji və turizm sahələri ətraflı müzakirə olunacaq.

Axar.az

Seçilən
0
50
hurriyyet.az

10Mənbələr