AZ

Bir sıra ölkələrdə “X”in fəaliyyətində problemlər yarandı

BAKI, 24 may. TELEQRAF

Bir sıra ölkələrdə “X” sosial şəbəkəsinin fəaliyyətində genişmiqyaslı problemlər müşahidə olunur.

Teleqraf xəbər verir ki, bu barədə məşhur internet resurslarının işini izləyən “Downdetector” xidmətinin saytında məlumat yayılıb.

Bildirilir ki, istifadəçilərin 69%-i saytın işindən şikayət edir, 24%-i tətbiqin işində dayanmaların baş verdiyini qeyd edir, daha 8%-i isə serverlərə qoşulmaqda çətinlik çəkir.

“Downdetector”un məlumatına görə, ABŞ-də təxminən 25,8 min istifadəçi nasazlıqlar barədə məlumat verib. Böyük Britaniya, Fransa, Yaponiya və digər ölkələrdə də nasazlıqların qeydə alındığı bildirilir.

Seçilən
0
18
teleqraf.com

10Mənbələr