AZ

Rubio ABŞ-ı Rusiyaya qarşı yeni sanksiyalara sürükləyir, amma Tramp buna qarşıdır – New Lines Magazine

Tramp hələlik Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi təkliflərinə soyuq yanaşır...
 
Rubio Trampı yeni sanksiyalar üçün təzyiq altında saxlayır
 
ABŞ Dövlət katibi Marko Rubio, Ukraynada atəşkəslə bağlı danışıqların pozulması fonunda prezident Donald Trampı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırır. Lakin Amerika lideri hələlik bu addımdan yayınır.
 
Moderator.az xəbər verir ki, bu barədə "New Lines Magazine" nəşri yazıb.
 
Rubio: ABŞ sanksiyaları qüvvədə qalır
 
Mayın 20-də Rubio vaxtilə rəhbərlik etdiyi ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsi qarşısında çıxış edib. Tramp administrasiyasının Rusiyaya güzəşt edib-etmədiyinə dair suallara cavab olaraq Dövlət katibi bildirib ki, ABŞ-ın sanksiyaları hələ də qüvvədədir və martda bir həftəlik fasilə istisna olmaqla Amerika silahları ilə kəşfiyyat məlumatları Ukraynaya çatdırılır.
 
Əsas sanksiyaların ləğvi hüquqi baxımdan çətindir
 
Nəşr qeyd edir ki, Rubio əlavə edə bilərdi ki, enerji və bank sektorlarını əhatə edən əsas sanksiyalar Konqresin razılığı olmadan hüquqi baxımdan ləğv edilə bilməz. Lakin o, bu detalları açıq şəkildə dilə gətirməyib.
 
Dövlət katibinə yaxın mənbə anonimlik şərti ilə bildirib:
 
"Rubionun demək olar ki, hər gün sanksiyalardan danışmasına fikir verin. O, istəyir ki, Konqres senatoru Lindsi Qremin Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsinə baxılsın. Çünki bu qanun layihəsi Senatda səs çoxluğuna malikdir və prezident vetosuna qarşı davamlıdır. Bu isə Moskva ilə münasibətlərin yenidən başlanmasını mümkünsüz edər."
 
Tramp əlavə sanksiyalara qarşıdır
 
Buna baxmayaraq, Tramp əlavə sanksiyaların tətbiqinə könülsüz yanaşır. The Wall Street Journal nəşrinin yazdığına görə, o, nəhayət avropalılarla etiraf edib ki, Putin müharibəni dayandırmaq istəmir, çünki onu qazanacağına inanır.
 
Yeni sanksiya paketində nələr var?
 
Senator Lindsi Qrem və demokrat senator Riçard Blumental tərəfindən təqdim olunan qanun layihəsi iki partiyanın dəstəyi ilə hazırlanıb. Bu layihə:
 
  • Rusiya nefti, qazı, uranı və digər enerji resurslarını alan ölkələrin mallarına 500 faiz tarif tətbiqi,
  • Amerika vətəndaşlarına Rusiya dövlət borcunu almaq qadağası,
  • Rusiya dövlət qurumları ilə maliyyə əməliyyatlarına məhdudiyyətlər nəzərdə tutur.
 
Layihə Senatda 72 senatorun dəstəyi ilə prezident vetosunu dəf etmək gücünə malikdir. Lakin Dövlət katibi Marko Rubio bildirib ki, Tramp hələ ki bu sanksiyaları dəstəkləmək istəmir, çünki "rusiyalılarla danışmaq imkanı saxlamaq" istəyir.
Seçilən
0
35
moderator.az

10Mənbələr