AZ

Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” gəlir

BAKI, 30 may. TELEQRAF

ABŞ Senatı artıq gələn həftədən etibarən Rusiyaya və Rusiya neftini alan ölkələrə qarşı dağıdıcı sanksiyaların tətbiqi haqqında qanun layihəsinin müzakirəsinə başlaya bilər.

Teleqraf UNİAN-a istinadən xəbər verir ki, bunu Kiyevdə keçirilən brifinqdə amerikalı senatorlar - respublikaçı Lindsi Qrem və demokrat Riçard Blumental deyiblər.

Onların sözlərinə görə, bu, Kremlin müharibəni dayandırmaq istəməməsinə cavabdır.

Qremin fikrincə, bu yay "sülh üçün məsuliyyət" dövrü olacaq.

Onun sözlərinə görə, iyunun 2-də, İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar keçirilə bilər. Lakin bu görüşün gündəliyi hələ məlum deyil.

"Amma mən Rusiya sülhə maraqlı olduğuna inanmıram. Biz danışdığımız müddətdə onlar yay və ya payızda əks-hücuma keçmək üçün öz qoşunlarını Ukrayna sərhədi boyunca toplayırlar. Onlar sülhdən danışanda, danışıqları uzadırlar", - Qrem qeyd edib.

Senator Rusiya Prezidenti Vladimir Putinin yenidən hərbi hücuma hazırlaşdığına əmin olduğunu bildirib.

Seçilən
0
35
teleqraf.com

10Mənbələr