Mayın 24-nə keçən gecə Ukrayna paytaxtında hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmuş dronların qalıqları Obolon rayonunda ticarət mərkəzinə və yaşayış binasının üzərinə düşüb.
Moderator.az "TSN"- ə istinadla xəbər verir ki, Bu barədə Kiyev meri Vitali Kliçko sosial şəbəkələrdəki mesajında məlumat çatdırıb.
Hadisə yerinə təcili xidmətlər göndərilir. Zərər çəkən insanların sayı getdikcə artır.
Xatırladılır ki, bu gecə Ukrayna yenidən düşmən pilotsuz təyyarələri tərəfindən kütləvi hücuma məruz qalıb.