AZ

İlon Mask: Al sənayesi 2026-cı ilin əvvəlində enerji çatışmazlığı ilə üzləşəcək

İlon Mask bildirib ki, 2026-cı ilin ortalarına qədər süni intellekt (AI) sənayesinin inkişafı yolunda əsas maneə çip çatışmazlığı deyil, enerji tutumunun çatışmazlığı olacaq.

Valyuta.az xəbər verir ki, milyarder bu barədə CNBC telekanalına müsahibəsində danışıb.

XAI startapının, "space X" və "Tesla"nın rəhbəri İlon Mask AMD, "Nvidia" və digər tərtibatçılardan bir milyondan çox süni intellekt çipi almağı planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, əgər sənayenin artım tempini hazırda yarımkeçiricilərin çatışmazlığı saxlayırsa, o zaman gələn ilin ortalarına qədər əsas məhdudlaşdırıcı elektrik enerjisinin mövcudluğu olacaq.

xAI-nin Tennessi ştatında yerləşən "Colossus" superkompüteri artıq 200.000 sürətləndirici ilə işləyir və Maska görə hazırda dünyanın ən güclü dil təlimi klasteridir. Şirkət bir milyona qədər sürətləndiricidən istifadə edərək daha da güclü hesablama mərkəzi yaratmağı hədəfləyir.

Qlobal vəziyyəti şərh edən Mask qeyd edib ki, Çin enerji istehsal potensialının genişləndirilməsinə ABŞ-dan daha çox sərmayə yatırır, lakin Amerika tərəfinin innovasiyalarda üstünlüyü var. O, həmçinin qeyd edib ki, digər şirkətlərindən biri olan "Tesla"nın Nyu-York ştatında avtopilot sistemləri və insanabənzər robotlar hazırlamaq üçün istifadə edilən hesablama mərkəzi var. Bundan əlavə, xAI məlumat mərkəzləri üçün "Tesla"dan stasionar enerji saxlama sistemləri alır.

Paşa Məmmədli

Seçilən
0
29
valyuta.az

10Mənbələr