AZ

Azərbaycan qonşu ölkələrdən "yaşıl enerji" əməkdaşlığına dair çoxlu təklif gözləyir

Azərbaycanın qonşu ölkələrdən "yaşıl enerji" sahəsində əməkdaşlığa dair daha çox təklif alacağı gözlənilir.

“Report”un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan regionun həm "yaşıl enerji" mənbələrinin sayı, həm də enerji dayanıqlılığı baxımından lider ölkəsidir: "Gələcəkdə gözlənilən enerji defisitinin qarşısını almaq üçün region dövlətləri Azərbaycanla enerji münasibətlərini yaxşılaşdırmağa çalışırlar. Məlum olduğu kimi, Naxçıvan "yaşıl enerji" zonası elan olunub. Orada yaşıl enerji mənbələrinin sayının artırılması nəzərdə tutulub. Avropaya yaşıl enerjinin ötürülməsində qardaş Türkiyə önəmli rol oynayır. Bu mənada iranlı həmkarlarımızın Araz çayı üzərindəki bəndlər vasitəsilə ekoloji təmiz enerji əldə etməklə bağlı fikirləri heç də təəccüblü deyil. Düşünürəm ki, Azərbaycan qonşu ölkələrdən "yaşıl enerji" ilə bağlı daha çox təklif alacaq”.

Seçilən
0
50
report.az

10Mənbələr