AZ

MILEX-2025 sərgisində Belarusun “Buk-MB2K” ZRK və 9M318 raketi nümayiş etdirilib - FOTO

Minskdə keçirilən MILEX-2025 XII Beynəlxalq Silah Sərgisində Belarusun “OKB TSP” şirkəti “Buk” ailəsinin zenit-raket kompleksinin (ZRK) modernləşdirilmiş versiyası olan “Buk-MB2K” və onun istifadəsi üçün nəzərdə tutulmuş 9M318 raketini təqdim edib.

Herbiand.az xəbər verir ki, tərtibatçılar kompleksin tamamilə Belarus tərəfindən hazırlandığını bildiriblər.

Təkərli şassi üzərində olan yeni zenit-raket kompleksi 2021-ci ildə, raket isə 2020-ci ildə sınaqlardan uğurla keçib.

“Buk-MB2K” 200 kilometrə qədər məsafədə hədəfləri aşkar etmək və 3-70 kilometr məsafədə onları məhv etmək qabiliyyətinə malikdir. Bir buraxılış qurğusuna dörd ədəd 9M318 raketi daxildir. Kompleksin döyüş mövqeyinə yerləşdirilməsi üçün lazım olan vaxt beş dəqiqədir.

Bəxtiyar CƏFƏRLİ



Seçilən
0
18
herbiand.az

10Mənbələr