Sakit okean sahillərində sualtı vulkan ilin sonuna qədər püskürə bilər.
Bu barədə alimlər xəbərdarlıq ediblər.
Belə ki, dünyanın ən aktiv sualtı vulkanlarından biri olan Axial Seamount 2025-ci ildə püskürə bilər.
Bu vulkanda püskürmələrin proqnozlaşdırılması olduqca çətindir, çünki alimlər hələlik onun bütün sirlərini aça bilməyiblər.
Vulkan suyun bir kilometr altında və San Fransiskodan təxminən 1100 km şimal-qərbdə yerləşir.
Axial Seamount 1980-ci illərdə kəşf edilib, o vaxtdan bəri üç dəfə - 1998, 2011 və 2015-ci illərdə püskürüb.