AZ

Sirli sualtı vulkanla bağlı XƏBƏRDARLIQ - Bu il püskürəcək

Sakit okean sahillərində sualtı vulkan ilin sonuna qədər püskürə bilər.

Publika.az xəbər verir ki, bu barədə alimlər xəbərdarlıq ediblər.

Belə ki, dünyanın ən aktiv sualtı vulkanlarından biri olan Axial Seamount 2025-ci ildə püskürə bilər.

Bu vulkanda püskürmələrin proqnozlaşdırılması olduqca çətindir, çünki alimlər hələlik onun bütün sirlərini aça bilməyiblər.

Vulkan suyun bir kilometr altında və San Fransiskodan təxminən 1100 km şimal-qərbdə yerləşir.

Axial Seamount 1980-ci illərdə kəşf edilib, o vaxtdan bəri üç dəfə - 1998, 2011 və 2015-ci illərdə püskürüb.

Seçilən
0
1
publika.az

5Mənbələr