AZ

Serj Sərkisyana qarşı yeni ittihamları ilə bağlı araşdırmalara başlanıldı

BAKI, 21 may. TELEQRAF

Ermənistanın sabiq prezidenti Serj Sərkisyana qarşı açılmış yeni cinayət işi çərçivəsində irəli sürülmüş ittihamlarla bağlı araşdırmalara başlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumatda deyilir ki, sabiq prezident Robert Köçəryanın ailəsinə məxsus “Toyota-Yerevan” şirkətinin binaları da yeni cinayət işinin mərkəzinə düşüb.

Ermənistan Baş Prokurorluğu Serj Sərkisyanı müdafiə naziri olarkən dövlətə məxsus daşınmaz əməlakı mənimsəməkdə ittiham edir. İttihama görə, Serj Sərkisyan İrəvanda İsakov prospekti və Yerablur panteonuna bitişik torpaq sahələrini “Toyota-Yerevan”ın adına keçirib.

Şirkətin 30 faizi Robert Köçəryanın oğlu Sedrak Köçəryana məxsusdur.

Prokurorluq Serj Sərkisyanın yeni ittihamlarını təsdiqləyib və işi məhkəməyə göndərib.

Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi bu gün, mayın 21-də araşdırmaya başlayıb. Artıq bu gün ilk məhkəmə iclası keçirilib. İttihama görə, dövlətə məxsus torpaq sahəsi bazar qiymətindən aşağı qiymətə satılaraq, Robert Köçəryanın ailəsinə verilib.

Seçilən
0
47
teleqraf.com

10Mənbələr