Raul Asensionun qorxduğu başına gəlib. San Bartolome de Tiraxana İstintaq Məhkəməsi “Real”ın müdafiəçisinə qarşı cinayət işi açıb.
“Marca” qəzetinin məlumatına görə, Asensio ilə yanaşı, onun klubun gənclərdən ibarət komandasından olan keçmiş oyundaşları Andres Qarsiya, Ferran Ruis və Xuan Rodrigesə də qarşı cinayət işi açılıb.
Xatırladaq ki, “Real”ın gənclərdən ibarət komandasının 4 oyunçusu 2023-cü ilin payızında biri azyaşlı olan iki qızın iştirakıyla çəkilən seksual videonu yaydıqları üçün saxlanılmışdılar. İspaniya Ali Məhkəməsinin yaydığı məlumata görə, işə sədrlik edən hakim istintaqa xitam verilməsi və 4 şübhəli barəsində rəsmi cinayət işinin başlanması barədə qərar verib.
Müstəntiq Asensio və həmkarlarının razılıq olmadan sirri açıqlamaq və şəxsi həyatın toxunulmazlığını pozmaq, zərərçəkmişlərin xəbəri və ya razılığı olmadan videoların 3-cü şəxslərə göndərilməsi, yetkinlik yaşına çatmayanlara qarşı seksual hərəkətlər kimi cinayətlərə görə cəzalandırılmasını istəyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta