AZ

İnvoyslar əsasında 1 milyon manatadək təminatsız maliyyələşmə imkanı

“Azərbaycan Beynəlxalq Bankı” ASC sahibkarlara təqdim edilən mallar və ya göstərilən xidmətlər üzrə alıcılardan ödənişlərin gecikməsi zamanı likvidlik problemlərinin qarşısını almaq üçün “İnvoysların maliyyələşdirilməsi” məhsulunu təklif edir.

Finss.az xəbər verir ki, bu kredit məhsulu təminatsız şəkildə təqdim olunur və sahibkarlara hesab-fakturalarda qeyd edilən məbləğin 90 faizinə qədər maliyyə vəsaiti əldə etmək imkanı yaradır. Kreditin maksimal məbləği 1 milyon manat, müddəti isə 18 ayadək müəyyən edilib. Faiz dərəcəsi təqdim edilən məbləğdən asılı olaraq dəyişir — 50 min manatdan az kreditlər üçün illik 15 faiz, daha böyük məbləğlər üçün isə 12–14 faiz arasında təyin olunur. Maliyyələşdirmə müddəti isə təqdim edilmiş hesab-faktura üzrə ödəmə tarixindən əlavə 30 günədək, ümumilikdə maksimum 6 ayadək uzana bilər. ABB-nin bu məhsulu sahibkarlara dövriyyə vəsaitlərini qorumaq və maliyyə çevikliyini saxlamaq üçün əlverişli imkan yaradır.

Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/kicik-ve-orta-biznes/biznes-kreditleri/invosylarin-maliyyelesdirilmesi

Fuad Mədətov
Finss.az

Seçilən
0
14
fins.az

10Mənbələr