Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana 405,4milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-inDövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasındaapardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisininixracından əldə olunan gəlir 23,1 milyon ABŞ dolları olub.
Belə ki, Gürcüstana elektrik enerjisi ixracı ötən ilin eynidövrü ilə müqayisədə həcm ifadəsi ilə 55,2 milyon kVt/saat və ya15,8%, dəyər ifadəsi ilə 5,1 milyon ABŞ dolları, yaxud 28,3%artıb.
Ötən ilin birinci rübündə Azərbaycandan Gürcüstana 350,2 milyonkVt/saat həcmində, 18 milyon ABŞ dolları dəyərində elektrikenerjisi ixrac edilmişdi.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Rusiyaya,Gürcüstana və İrana 440,4 milyon kVt/saat həcmində, 24,4 milyon ABŞdolları dəyərində elektrik enerjisi ixrac edilib.