AZ

Azərbaycanın Rusiyaya elektrik enerjisi satışı azalıb, gəlirləri artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Rusiyaya 26,6 milyonkVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-inDövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasındaapardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisininixracından əldə olunan gəlir 1,067 milyon ABŞ dolları olub.

Rusiyaya elektrik enerjisi ixracı ötən ilin eyni dövrü iləmüqayisədə həcm ifadəsi ilə 1,5 milyon kVt/saat və ya 5,3% azalıb,dəyər ifadəsi ilə 23 min ABŞ dolları, yaxud 2,2% artıb.

Belə ki, ötən ilin birinci rübündə Azərbaycandan Rusiyaya 28,1milyon kVt/saat həcmində, 1,044 ABŞ dolları dəyərində elektrikenerjisi ixrac edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Rusiyaya,Gürcüstana və İrana 440,4 milyon kVt/saat həcmində, 24,4 milyon ABŞdolları dəyərində elektrik enerjisi ixrac edilib.

Seçilən
0
4
az.trend.az

10Mənbələr