Tanınmış bəstəkar Tərlan Məmmədhüseynov müsabiqə ilə bağlı fikirlərini Demokrat.az-la bölüşüb. Bəstəkar bildirib ki, “Avroviziya” müsabiqəsi ətrafında hər il müxtəlif fikirlər səsləndirilir, xüsusilə də uğursuzluq yaşandıqda:
“Şəxsən mən, bir bəstəkar və musiqiçi olaraq bu məsələyə bir qədər fərqli tərəfdən baxıram. "Avroviziya" bir musiqi yarışı deyil, o, həm də vizual təqdimat, strategiya, mədəniyyət diplomatiyası və kommunikasiya bacarığı tələb edən bir səhnədir. Təkcə yaxşı mahnı yazmaqla iş bitmir. Hər detala qədər düşünülmüş, həm musiqi, həm vizual, həm də psixoloji hazırlıq tələb edən bir prosesdir”.
Bəstəkar onu da qeyd edib ki, Azərbaycanın “Avroviziya” komandasının zəif olduğunu düşünmür:
“Mənim fikrim indiki komandanın işini tənqid etmək deyil. Əksinə, əminəm ki, onlar nəyi bacarıblarsa, onu da ortaya qoyublar və bu işə zaman, zəhmət sərf ediblər. Gördükləri işə hörmətlə yanaşıram və onların səmimi niyyətlə çalışdıqlarına inanıram. Uğursuzluqlar isə əksər hallarda sadəcə musiqi ilə deyil, bütöv yanaşmadakı boşluqlarla bağlı olur. “Avroviziya” bizə təkcə qalib olmaq üçün deyil, öz musiqimizi, kimliyimizi Avropaya göstərmək üçün bir fürsət verir. Əgər bu fürsətə ciddi və peşəkar yanaşsaq, bu səhnə hələ çox musiqiçimizin tanınmasına imkan aça bilər. Sadəcə, bu işi layihə deyil, missiya kimi görmək lazımdır”.
Cavidan Mirzəzadə
Demokrat.az
8Mənbələr
-
bizim.mediaİş axtaranlara HÖRMƏTSİZLİK- Vəd verib, yoxa çıxanlar kimlərdir? ( 17604491)
-
olke.azMəzun tələbələrin iş tapması üçün bunlar edilməlidir - AÇIQLAMA ( 17523164)
-
azpost.infoİş vaxtında başqa şirkət üçün işləyən işçi dərhal çıxarıla bilərmi? ( 17454503)
-
demokrat.az“Təkcə yaxşı mahnı yazmaqla iş bitmir” —Məşhur bəstəkar “Avroviziya”dan DANIŞDI ( 17452496)
-
valyuta.azİş vaxtında başqa şirkət üçün işləyən işçi dərhal çıxarıla bilərmi? ( 17450060)
-
sherg.azVicdansızlar!!! - Kimlərdir onlar? ( 16960019)
-
fins.azYelo Bank pozitiv iş mühiti üçün davamlı tədbirlər həyata keçirir ( 16843660)
-
missiya.azİş yerlərində qanun pozuntusu: Bəzi elanlarında iş saatları niyə yüksəkdir? – AÇIQLAMA ( 16821355)