ABŞ prezidenti Donald Trampa “Boeing 747” şəklində hədiyyə verilməsi müttəfiqlər arasında normal haldır. "Reuters"in yaydığı məlumaat görə, bunu Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani deyib.
Mayın 19-da Semafor nəşri Qətərin hakim Əl Tani ailəsinin Donald Trampa "hava sarayı" adlanan xüsusi təyyarə- Boeing 747-8 hədiyyə etdiyini açıqlamışdı. Təyyarənin dəyəri 400 milyon dollara çatır. Semafor qeyd edib ki, bu, ABŞ prezidentlərinin son 25 ildə aldığı bütün hədiyyələrin ümumi dəyərindən 100 dəfə çoxdur.
Bundan əvvəl Amerikanın ABC telekanalı öz mənbələrinə istinadən maraqlı məlumat yaymışdı. Telekanalın məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Qətər kral ailəsindən hədiyyə olaraq Boeing 747-8 təyyarəsini qəbul etməyə hazırlaşır.
Nəşr iddia edib ki, Qətər hətta gələn həftə təyyarəni qarşı tərəfə təhvil verə bilər. Tramp isə artıq fevral ayında "West Palm Beach" hava limanına enən zaman təyyarəni yoxlamışdı.
Aprel ayında Ağ Evin mətbuat katibi Karolin Livit Trampın mayın 13-dən 16-dək Yaxın Şərqə səfər edəcəyini açıqlamışdı. Xüsusilə, Amerika lideri Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərində səfərdə olacaq.
Tural