AZ

Tramp onu Ağ Evə dəvət etdi

ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leonu Ağ Evə dəvət edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Leavitt bildirib.

Prezidentin ilk amerikalı Papaya dəvəti vitse-prezident Vens vasitəsilə məktubda çatdırılıb.

“Vitse-prezident Papaya prezident və birinci xanımın səmimi arzularını bildirən və ən qısa zamanda onları Ağ Evə dəvət edən məktubunu verdi”, - Leavitt bildirib.

Seçilən
0
1
bakivaxti.az

10Mənbələr