ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leonu Ağ Evə dəvət edib.
"Unikal" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Leavitt bildirib.
Prezidentin ilk amerikalı Papaya dəvəti vitse-prezident Vens vasitəsilə məktubda çatdırılıb.
“Vitse-prezident Papaya prezident və birinci xanımın səmimi arzularını bildirən və ən qısa zamanda onları Ağ Evə dəvət edən məktubunu verdi”, - Leavitt bildirib.