AZ

AÇG-də sərbəst qaz hasilatı üzrə ilk quyu tamamlanır

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda (AÇG) sərbəst qazın işlənməsi layihəsi çərçivəsində iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin qazılmış quyuda tamamlama işləri gedir.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında"BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

Onun sözlərinə görə, quyunun qazılması artıq bitib və hazırda quyuda tamamlama işləri aparılır.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda (AÇG) sərbəst qazın işlənməsi layihəsi çərçivəsində iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyunun qazılması tamamlanıb.

"Qazma işlərini bitirmişik. Quyu layihə dərinliyindəki qazılıb və hazırda burada tamamlama işləri gedir", - Tamama Bayatlı qeyd edib.

Onun sözlərinə görə, paralel olaraq qoyunun mövcud nəql etmə infrastrukturuna qoşulmasını təmin etmək məqsədi ilə tikinti-quraşdırma işləri aparılır ki, quyunun ağzıı açıldıqdan sonra burada hasil olunan qazı quruya çatdırmaq mümkün olsun.

Tamam Bayatlı onu da əlavə edib ki, qazılmış quyudan ilk qazın hasilatına bu ilin sonunadək başlamaq planlaşdırılır.

Qeyd edək ki, AÇG yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 20 sentyabr 2024-cü il tarixində AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalandı. AÇG yatağının çıxarıla bilən STQ ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kub futadək olduğu düşünülür.

Bu sənədə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi iki prioritet layı hədəfləyən ilkin quyu qazılıb. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.

Seçilən
0
4
apa.az

10Mənbələr