AZ

Dünyanın neft "nəhəngləri" xam neft qiymətlərinin uzunmüddətli ucuzlaşmasına hazırlaşır - KİV

Bakı. Trend:

Dünyanın ən iri neft şirkətləri xam neft qiymətlərininuzunmüddətli enişinə hazırlaşır. Onlar investorları sakitləşdirməyəçalışırlar və ən pisinə hazır olduqlarına əmin edirlər.

Trend xəbər verirki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, “ExxonMobil”, “Chevron”, “Shell”,“TotalEnergies” kimi şirkətlərin rəhbərləri rüblük gəlirhesabatlarından istifadə edərək investorları maliyyə balanslarınınsabit olduğuna və xərcləri, eləcə də səhmdarların gəlirləriniəsassız yerə azaltmağa tələsməyəcəklərinə inandırmağaçalışıblar.

“Qiymətlərin və marjanın azaldılması istiqamətində ciddi təzyiqvar”, – “ExxonMobil” baş icraçı direktoru Darren Vuds bildirib.

472 milyard ABŞ dolları həcmində aktivləri olan şirkətqiymətlərin tənəzzülünə hazırlaşmaq məqsədilə qarşıdakı beş il üçünxərclərini 13 milyard dollara azaldıb.

Əməkdaşlarının sayını kəskin azaltmağı planlaşdırdığını dahaəvvəl açıqlayan “Chevron” isə investorları əmin edib ki, neftinbarreli 60 dollara düşsə belə, sərbəst pul axınını 9 milyarddollara çatdıracaq.

“Shell” öz növbəsində bildirib ki, neftin qiyməti 40 dollaraqədər enərsə belə, dividend ödənişlərini davam etdirə biləcək vəhələlik xərclər planına dəyişiklik etməyib.

Məqalədə:
Seçilən
0
24
az.trend.az

10Mənbələr