AZ

İran ABŞ-nin uranın zənginləşdirilməsi ilə bağlı tələblərinə cavab verdi

​BAKI, 18 may. TELEQRAF

İran ABŞ rəsmilərinin, o cümlədən Birləşmiş Ştatlar prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun bəyanatlarına baxmayaraq, uranı zənginləşdirməyə davam edəcək.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində yazıb.

"Nüvə silahının yayılmaması haqqında” Müqavilənin iştirakçısı olan İranın hüquqlarına dair mövqeyimiz kristal kimi aydındır və iranlıların bundan kənara çıxmasına imkan verəcək heç bir ssenari yoxdur. Uranın zənginləşdirilməsi texnologiyasının mənimsənilməsi çətinliklə əldə olunmuş elmi nailiyyətdir", - nazir yazıb.

Onun sözlərinə görə, əgər rəsmi Vaşinqton Tehranın nüvə silahına sahib olmamasında maraqlıdırsa, iki tərəf arasında "əlçatan" saziş əldə olunmalıdır.

Diplomat vurğulayıb ki, "saziş olsa da, olmasa da, İran uranın zənginləşdirilməsinə davam edəcək".

Seçilən
0
45
teleqraf.com

10Mənbələr