AZ

ABŞ-nin xüsusi nümayəndəsi: Gələn həftə Avropada İran nümayəndələri ilə görüşəcəyik

ABŞ və İran nümayəndələri gələn həftə Avropada görüşəcəklər.

Korrespondent.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff ABC televiziyasına müsahibəsində deyib.

O, hesab edir ki, ABŞ-nin İranla danışıqlarda öz məqsədlərinə çatması üçün bir çox yollar var.

"Düşünürük ki, bu həftə Avropada görüş keçirəcəyik. Ümid edirik ki, bu, müəyyən müsbət (nəticələr) gətirəcək", - Uitkoff deyib.

O, həmçinin Tehranın uranın zənginləşdirilməsi ilə bağlı Vaşinqtonun prinsipial mövqeyini də dilə gətirib: "Bizim çox aydın qırmızı xəttimiz var, o da uranın zənginləşdirilməsidir. Biz (İranın) zənginləşdirmə qabiliyyətinin 1 %-ə belə imkan verə bilmərik. Hər şey bizim prinsipial mövqeyimizdən, yəni zənginləşdirmə ehtimalını ehtiva etməyən razılaşmadan başlayır. Buna icazə verə bilmərik, çünki zənginləşdirmə (nüvə) silahlar yaratmağa imkan verir".

Seçilən
0
2
korrespondent.az

10Mənbələr