AZ

"Bugünkü Türkiyə Osmanlı deyil, indiki Azərbaycan da Səfəvi deyil"

Səfəvi imperiyası, Şah İsmayıl nə qədər bizimdirsə, bizdəndirsə, Osmanlıya Çaldırandakı məğlubiyyət də bir o qədər bizimdir. Tarixdə məğlub olan da olur, qalib olan da…


Amma tarixə və tarixi hadisələrə bu gündən deyil, tarixən qiymət vermək lazımdır. Bugünkü Türkiyə Osmanlı deyil, indiki Azərbaycan da Səfəvi deyil. İndi gerçəklik başqadır. Dövlətlərarası münasibət də başqadır. Siyasət isə tamamilə başqadır. Odur ki, Ərdoğanın, yaxud başqa birinin nə deməsinin elə bir əhəmiyyəti yoxdur. Ona qalsa, Əmir Teymur da Osmanlı padişahı Bəyazidi döyüş meydanında məğlub edib əsir eləmişdi…

Tarix oxumaq üçündü, yaşamaq üçün yox. Oldu, keçdi. İndi əsas öz dövlətinə, sərhəddinə, bayrağına sahib çıxmaqdır, vəssəlam. Hərəyə öz dövləti, öz bayrağı əzizdir. Şəxsən mənim üçün özümüzdən başqa kimsə elə də maraqlı deyil. Dosta dost, qardaşa qardaş, müttəfiqə müttəfiq olaq, çox da dərinə getməyək. Çünki hər kəsin, hər dövlətin öz marağı var və heç kəs öz marağını qoyub başqasını düşünmür.

Zaur Əhməd

Seçilən
0
6
referans.az

7Mənbələr